AZ

Oğurluq hadisəsi Bakı-Ağstafa qatarının hərəkətinə mane oldu

Bakı. Trend:

Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəverməqurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdənçıxması ilə nəticələnib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlaxsahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradanqaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki,işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həminişıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərəkoğurlanmasıdır.

Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə iləçatıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib,araşdırma aparılır.

Qeyd edilib ki, təhlükəli zona olan dəmir yollarına kənarmüdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdənçıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdidtörədir.

Seçilən
2
35
az.trend.az

10Mənbələr