AZ

Muğan zonasında bələdiyyə seçkilərinə start verilib

Ölkənin Muğan zonasına daxil olan rayonlarda bələdiyyə seçkilərinə start verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 53 min 660 seçicinin qeydiyyatda olduğu 69 saylı Biləsuvar seçki dairəsində 46 seçki məntəqəsi mövcuddur.

Sözügedən seçki dairəsi üzrə 221 namizəd qeydə alınıb. Dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki dairəsində 236 nəfər ilk dəfə səs verəcək.

52 seçki məntəqəsinin mövcud olduğu 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 50 min 48 seçici qeydiyyatdadır. Onlardan 147 nəfər ilk dəfə səs verəcək. Ümumilikdə 210 namizədin mübarizə apardığı dairənin 14 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

47 seçki məntəqəsinin yaradıldığı 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 49 min 49 seçici qeydiyyatdadır, onlardan 122 nəfər ilk dəfə səs verəcək. Dairədə ümumilikdə 290 namizəd mübarizə aparır.

81 saylı İmişli seçki dairəsi üzrə 50 min 974 seçici qeydiyyatdadır, onlardan 380 nəfər ilk dəfə səs verəcək. 6 seçki məntəqəsində veb-kamera quraşdırılmış dairə üzrə 220 namizəd qeydə alınıb.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçilən
19
far.az

1Mənbələr