AZ

Səhər saatlarından bələdiyyə seçkilərində seçici fəallığı müşahidə edilir - FOTOREPORTAJ

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

"Far.Az" xəbər verir ki, səhər saat 08:00-dan etibarən müvafiq dairələr üzrə məntəqələrin qapıları seçicilər üçün açılıb.

Səhər saatlarından seçki məntəqələrində seçicilərin fəallığı hiss olunur.

Seçki prosesininin şəffaflığını yerli müşahidəçilər izləyir.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Foto: Samirə Həsənova, Vüqar Xanlarov, Ehtiram Cəbiyev

Seçilən
9
50
far.az

10Mənbələr