Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VIII turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, sonuncu turun bütün qarşılaşmaları eyni gündə, eyni saatda baş tutacaq.
Turun mərkəzi oyununda “Barselona” doğma azarkeşləri önündə İtaliyanın “Atalanta” komandasını qəbul edəcək. “Mançester Siti” “Brügge”, PSJ “Ştutqart”, "Real Madrid" "Brest"lə üz-üzə gələcək.
Qeyd edək ki, turnir cədvəlində ilk 8 yeri tutan komandalar 1/8 finala birbaşa vəsiqə qazanacaqlar. Digər 8 vəsiqə uğrunda isə 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VIII tur
29 yanvar
00:00. Aston Villa (İngiltərə) – Seltik (Şotlandiya)
00:00. Barselona (İspaniya) – Atalanta (İtaliya)
00:00. Bayer Leverkuzen (Almaniya) – Sparta (Çexiya)
00:00. Bayern Münhen (Almaniya) – Slovan (Slovakiya)
00:00. Brest (Fransa) – Real Madrid (İspaniya)
00:00. Dinamo Zaqreb (Xorvatiya) – Milan (İtaliya)
00:00. Borussiya Dortmund (Almaniya) – Şaxtyor (Ukrayna)
00:00. Jirona (İspaniya) – Arsenal (İngiltərə)
00:00. İnter (İtaliya) – Monako (Fransa)
00:00. Yuventus (İtaliya) – Benfika (Portuqaliya)
00:00. Lill (Fransa) – Feyenoord (Niderland)
00:00. Mançester Siti (İngiltərə) – Brügge (Belçika)
00:00. PSV (Niderland) – Liverpul (İngiltərə)
00:00. Zalsburq (Avstriya) – Atletiko Madrid (İspaniya)
00:00. Sportinq (Portuqaliya) – Bolonya (İtaliya)
00:00. Şturm (Avstriya) – Leypsiq (Almaniya)
00:00. Ştutqart (Almaniya) – PSJ (Fransa)
00:00. Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya)