AZ

Fiço: "Zelenski məndən Kiyevin NATO üzvlüyünə dəstək istəyir"

Slovakiyanın baş naziri Robert Fiço diqqət çəkən açıqlamalar verib. Siyasətçi bildirib ki, Vladimir Zelenski ona hələ baş tutmayan görüşün protokolunu göndərib. Mətndə deyilir ki, o, Kiyevin NATO-ya üzvlüyünə zəmanət almaq istəyir. Bu barədə Fiço Facebook-da paylaşdığı videoda danışıb.

Videoda Fiço Zelenski ilə Davosdakı Dünya İqtisadi Forumunda görüşməyə hazır olduğunu qeyd edir. O, imzalaması lazım olan görüşün protokolunu ona göndərdiyini bildirir.

"Görüş hələ baş tutmayıb, lakin görüş üçün protokol hazırlanıb", - deyən Fiço mətndə Kiyevin NATO-ya üzvlüyünə dəstək də daxil olmaqla, Bratislavanın "Ukrayna üçün nə edəcəyi" ilə bağlı məqamların olduğunu qeyd edib.

Tural

Seçilən
4
news365.az

1Mənbələr