AZ

ABŞ-ın Alyaska əyalətində F-35 qırıcısı qəzaya uğrayıb

Bakı, TurkicWorld

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 5-ci nəsil F-35 döyüş təyyarəsi qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, hadisə Alyaskadakı Eyelson Hərbi Hava Bazasında baş verib. Təyyarənin uçuş-enmə zolağında qəza keçirdiyi bildirilir.

ABŞ Hərbi Hava Qüvvələrinin verdiyi açıqlamada pilotun atma oturacağından istifadə edərək sağ qaldığı və tibbi müayinə üçün hərbi xəstəxanaya aparıldığı bildirilib.

Qəzaya uğrayan F-35-in ciddi ziyan gördüyü və insidentin araşdırıldığı açıqlanıb. Sosial mediada yayılan videolarda təyyarənin sürüşərək yerə çırpıldığı və partladığı görünür.

Seçilən
16
41
turkic.world

10Mənbələr