Aparıcı Nanə Ağamalıyeva istirahətə yollanıb.
Gundem.az xəbər verir ki, o dincəlmək üçün Cənub-Şərqi Asiyada yerləşən ada ölkəsi Sinqapura üz tutub.
Ağamalıyeva bu barədə sosial şəbəkə hesabında bildirib. O istirahətindən bir çox fotoları izləyiciləri bölüşüb.
Sinqapuru qarış-qarış gəzən aparıcı, ölkənin məşhur kurort bölgəsi "Marina Bay Sands"ə də baş çəkib.
Nanənin istirahət fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Ağamalıyeva ATV kanalında " 7 Tamam" verilişinin aparıcısıdır.