AZ

Trampın Putinə təzyiqi: Rusiyada “Əsəd ssenarisi” reallaşır

Donald Tramp ABŞ prezidenti kimi fəaliyyət göstərdiyi ilk həftə ərzində Rusiya əleyhinə də daxil olmaqla, bir neçə səs-küylü bəyanatlar verib. Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putinin ölkə daxilində nüfuzunu belə sarsıtmağa çalışır.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antiböhran Qrupunun idarəedici tərəfdaşı Taras Zaqorodnı bildirib.

“Tramp təcrübəli danışıqçıdır və o başa düşür ki, kiminləsə nəyisə razılaşdırmaq istəyirsənsə, onunla “mən patronam, sən axmaqsan” üslubunda danışmırsan. Məncə, bu, daha çox elitasına mesajdır", - o qeyd edib.

Zaqorodnı vurğulayıb ki, Tramp Putinin tələblərinin Qərb üçün qeyri-real olduğunu başa düşür. Buna görə də o, ictimai məkanda Kreml rəhbərinə təzyiq edir:

“Tramp ona Zaporojyeni və ya Donetsk bölgəsini verə bilərmi, NATO-nun Avropadakı hərbi infrastrukturunu ləğv edə, Rusiyadan sanksiyaları götürə bilərmi? Bu, Putinin ölkə daxilindəki mövqeyini sarsıdır, xalq artıq deyir ki, Putin ölkəni elə vəziyyətə gətirib ki, amerikalılar onlarla ultimatum tonunda danışırlar”.

Zaqorodnıya görə, Putin istənilən halda, hətta danışıqlar aparsa belə, ictimaiyyət qarşısında alçaldılacaq: “Və bu, ilk növbədə, Putinin gücünü sarsıdır. Əslində, Trampın onunla belə danışmağa başlaması onu göstərir ki, Rusiyada “Əsəd ssenarisi” getdikcə reallaşır”. /publika.az/

Seçilən
6
turkustan.az

1Mənbələr