AZ

Danimarka: Tramp Qrenlandiyanı ala bilməyəcək

"Tramp Qrenlandiyanı ala bilməyəcək".

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyada israr etməyə davam edərkən, Danimarkadan aydın bəyanatlar gəlməyə başladı.

Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen açıqlamasında Qrenlandiyanın beynəlxalq hüquqa görə Qrenlandiyaya aid olduğunu vurğulasa da, “Tramp Qrenlandiyanı ala bilməyəcək, etməməli olduğu bir şeyi necə geri qaytaracağına dair məsləhətlər verməyəcəyəm"-deyə, bildirib.

Danimarkanın baş naziri Mette Frederiksen də məsələni Avropa liderləri ilə müzakirə etdiyini və onlara dəstək verdiyini bildirib. Ərazi bütövlüyünə hörmətin İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq sistemdə mühüm yer tutduğunu bildirən Frederiksen, suverenlik hüququna toxunulmaması lazım olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
turkustan.az

1Mənbələr