AZ

Baş nazir Əli Əsədov səs verdi

Baş nazir Əli Əsədov bələdiyyə seçkisində səs verib.

Teleqraf.com xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.

Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparır. 685 bələdiyyə üçün 8071 üzv seçiləcək. Seçkilərdə 24 siyasi partiya iştirak edir.

Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.


Müəllif: Qənirə Süleymanova
Seçilən
3
22
teleqraf.com

10Mənbələr