AZ

Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib – FOTO

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

DOĞRU.AZ

image-17381304154306750536_1200x630 image-1738130415555716947_1200x630 image-17381304156177824043_1200x630 image-17381304152841017978_1200x630

Seçilən
1
49
dogru.az

10Mənbələr