AZ

ABŞ-ın 80 milyon dollarlıq qırıcı təyyarəsi yerə belə düşdü –VİDEO

Amerikaya məxsus F-35 qırıcısı Alyaskada qəzaya uğrayıb.

AzPost bildirir ki, təyyarə qəzası bombardmançı “Eyelson” Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra təlim uçuşu zamanı baş verib.

Görüntülərdə qırıcı təyyarənin havada fırlanaraq yerə düşəsi, ardınca güclü partlayış və qəza yerindən yanğın sütununun yüksəldiyi görünür. Pilot katapult etməyi  bacarıb və xəstəxanaya yerləşdirilib.

Fövqəladə vəziyyətin səbəbləri müəyyənləşdirilir və araşdırma aparılacaq.

F-35A ABŞ ordusunda F-16 Fighting Falcons və A-10 Thunderbolt II-ni əvəz edən ən son beşinci nəsil reaktiv qırıcıdır. Belə bir təyyarənin orta qiyməti 80 milyon dollardan çoxdur.

Seçilən
54
19
azpost.info

10Mənbələr