Bakı. Trend:
Saat 10:00-a olan məlumata əsasən bələdiyyə seçkilərində 499 575seçici səsvermə hüququndan istifadə edib.
Trend xəbərverir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyininİnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.
F.Orucov bildirilib ki, seçici fəallığı 8.38 faiz olub.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.