Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan 5 milyard 763,1 milyon ABŞ dolları və ya 9 milyard 797,3 milyon manat gəlir əldə etməsi gözlənilir.

İndex.az xəbər verir ki, bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

 

Qeyd edilib ki, proqnozlaşdırılan gəlir 2023-cü il faktiki icra göstəricisindən 4 721,7 milyon manat və ya 32,5%, 2024-cü il proqnoz göstəricisindən 400,3 milyon manat və ya 3,9%, 2024-cü il gözlənilən icra göstəricisindən isə 1 870,8 milyon manat və ya 16% azdır.