Bələdiyyə seçkilərində Gəncə şəhəri üzrə 84 namizəd 38 yer uğrunda mübarizə aparır.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, səsvermə 4 seçki dairə üzrə 158 məntəqədə həyata keçirilir.
Məntəqələrin 40-da veb-kamera quraşdırılıb. Bu gün 200 mindən çox şəhər sakinin səsvermə prosesində iştirak etməsi gözlənilir.
Səsvermə prosesini 2 mindən artıq müşahidəçi izləyəcək.
Müəllif: Teleqraf.com