AZ

Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinətəbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizinsimanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adındanən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətinoyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntszebayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət vərifah bəxş etməsini arzulayıram.

Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlamtəməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslananəməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəmki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizinxalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi vədərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra damüvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, Sizəmöhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Çinxalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Seçilən
4
49
az.trend.az

10Mənbələr