Bakı. Trend:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sumqayıt şəhər prokurorluğundan Trend-ə bildirilib ki, yanvarın 29-u saat 4radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü SəbinəBabışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxilolub.
Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovunyaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı SəbinəBabışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.