Hindistanda keçirilən dünyanın ən böyük dini toplantısı olan Kumb Mela festivalında izdiham yaşanıb.
İndex.az xəbər verir ki, rəsmi açıqlamaya görə, indiyədək 15 nəfər ölüb.
Yanvarın 14-də başlayan festivalda iştirakçıların sayının 400 milyona çatacağı gözlənilirdi. İzdiham çayda çimmək istəyən insanların şpalları əzməsi zamanı baş verib.
Polis əməkdaşları həlak olanların cəsədlərini xərəylərdə daşıyıb.