AZ

Depressiya riskini azaldan qidalar

Yazını böyüt
Yazını kiçilt

Depressiya insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salan vəziyyətdir. Gündəlik həyatda qarşılaşılan çətinliklər, iqtisadi narahatlıqlar, itkilər və buna bənzər problemlər nəticəsində depressiya yarana bilər.

Hafta.az-ın yazdığına görə, depressiya ilə üzləşmə riskini azaltmaq və depressiyanı həyatınızdan tamamilə çıxarmaq üçün bəzi təbii üsullardan kömək ala bilərsiniz. Təbii üsullarla depressiya riskini azaltmaq mümkündür. Bəzi təbii qidalardan istifadə etməklə depressiya riskini azalda bilərsiniz. Bu qidaları yemək vərdişlərinizə əlavə etmək depressiyadan qorunmaq üçün mütəxəssislərin söylədiyi üsullar arasındadır.

Göbələk

Göbələklərdə yüksək miqdarda B vitaminləri, dəmir və selen var. Tədqiqatlar göstərir ki, bu maddələrin çatışmazlığı depressiya əlamətləri ilə əlaqələndirilə bilər.

Süd

Südün tərkibində olan D vitamini depressiya əlamətlərini azaltmağa kömək edir. Tədqiqatlara görə, daha az yağ tərkibli süd və süd məhsullarını istisna etmək depressiya əlamətlərindən qurtulmağa kömək edir. Süd və süd məhsulları yemək vərdişlərinizə əlavə edə bilərsiniz, bu da simptomların inkişaf ehtimalını azaldır.

Qoz

Qozda omeqa-3 yağ turşuları, dəmir, mis, maqnezium və antioksidantlar kimi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən maddələr var. Qoz üzərində aparılan araşdırmalar onu yeyən insanların depressiya riskinin yeməyənlərə nisbətən daha az olduğunu göstərir.

Pomidor

Pomidorda dəmir, antioksidantlar, vitamin B6 və triptofan var. Bu birləşmələr əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Araşdırmalar göstərir ki, həftədə 2-6 dəfə pomidor istehlak edən insanlar, pomidoru istehlak etməyənlərlə müqayisədə depressiya riskini 46 faiz azaldır.

Somon balığı

Somonda olan D vitamini və omeqa-3 yağ turşuları depressiya əlamətlərini aradan qaldırmağa kömək edir. Amerika Ürək Dərnəyinin verdiyi açıqlamada həftədə 2 porsiya somon və buna bənzər balıqların istehlakının psixi sağlamlığı yaxşılaşdırdığı bildirilir.

Yerkökü

Yerkökünün tərkibində iltihabı azaltmağa kömək edən karotenoidlər var. Bu xüsusi antioksidanların istehlakı bədəndə depressiya və narahatlıq riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

Seçilən
3
2
hafta.az

10Mənbələr