AZ

Kamran Əliyev səs verdi

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Teleqraf.com xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində səs verib.

Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq. Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 625 nəfər səsvermə hüququna malikdir.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
13
21
teleqraf.com

4Mənbələr