AZ

Azərbaycan Prezidenti Çin liderini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə yeni ilin başlaması münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpini təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı çinli həmkarına ünvanlandığı təbrik məktubunda bildirib: “Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram.

Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

Prezident İlham Əliyev bu bayram münasibətilə Si Cinpini bir daha ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Seçilən
0
36
yeniazerbaycan.com

10Mənbələr