Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen apreldə Azərbaycana səfər etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi məlumat verib.
Komissar Yorgensen 2025-ci il aprelin 4-də keçirilməsi planlaşdırılan Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edəcək.
Xatırladaq ki, SGC Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı 2024-cü il martın 1-də Bakıda keçirilib.
SGC Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən etibarən, hər il fevral ayında keçirilir, lakin ötən il ilk dəfə bu görüş mart ayında baş tutdu.