AZ

Hindistanda dini festivalda izdiham -Ölənlər və yaralılar var - FOTO


Hindistanda dini festivalda 10 nəfər ölüb.

Medicina.az xəbər verir ko, dünyanın ən izdihamlı ölkələrindən biri olan Hindistanın Allahabad şəhərində 12 ildən bir keçirilən və 45 gün davam edən festivalda izdiham yaşanıb.



3 çayın qovuşduğu yerə çimmək üçün axın edən kütlə arasında yaranan izdihamda ilkin məlumata görə 10 nəfər həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Bu il 400 milyondan çox hindunun Qanq, Yamuna və Sarasvati çaylarının qovuşduğu yerdə “müqəddəs su” sayılan Triveni Sanqam çayına daxil olaraq 45 gün ərzində “zəvvar” olacağı gözlənilir.




Hindular inanırlar ki, bayramlar zamanı Qanq çayında çimmək onlara günahları yumağa, ölümdən qaçmağa kömək edəcək.

Maha Kumbh Mela "dünyanın ən böyük dini festivalı" hesab olunur. 2001-ci ildə Qanq çayına daxil olmaq üçün Allahabad şəhərində 60 milyon insan eyni gündə toplaşaraq dünya rekordu qırmışdı.



Bundan əlavə, milyonlarla hindu Covid-19 epidemiyasına baxmayaraq 2021-ci ildə Triveni Sanqam çayında çimib.

Aygün
Medicina.az



Seçilən
4
4
medicina.az

10Mənbələr