Qubada kişi dəm qazından boğulub. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində yerləşən həyət evində qeydə alınıb. Zöhrab Ramazanov sanitar qovşaqda olan zaman qızdırıcı avadanlıqdan sızan dəm qazının qurbanı olub. Faktla bağlı araşdırma aparılır.