Sankt-Peterburqun Vıborq rayonunda bir nəfər küçədə özünü pis hiss edib.
Onu təcili yardım maşını ilə aparıblar və yanındakı it küçədə tək qalıb. Şahidlər itin hadisə yerini tərk etmədiyini bildirib və sosial şəbəkələrdə heyvanın vəziyyəti haqqında məlumat yayıblar.
“Cebheinfo.az” "Parnas City|Forum" qrupuna istinadən xəbər verir ki, yoldan keçənlər itin sahibinin kişi və ya qadın olduğunu ayırd edə bilməyiblər. Lakin məlum olub ki, şəxs xəstələnib, həkimlər onu aparıblar, iti isə tək buraxıblar.
Bir saatdan sonra heyvanın hələ də orada oturduğu və yəqin ki, sahibini gözlədiyini məlum olub. İtə yemək veriblər. Ancaq heyvan sahibinin xəstələndiyi yeri tərk etməyib.
Üç saat sonra heyvan müvəqqəti qulluğa götürülüb.