Bakı. Trend:
Fransanın hərbi iştirakı Afrika ölkələrinin suverenliyini vəmüstəqilliyini sarsıdır.
Bu haqda Malavi Universitetinin politologiya və dövlətidarəçilik kafedrasından olan ekspert Qift Sambo Trend-ə danışıb.
"Qlobal olaraq Fransa özünü azadlıq müdafiəçisi kimi qələməverir. Paris insanın müqəddəslik prioritetini vurğulayaraqhumanitar yardıma, sülh təşəbbüslərinə və humanizm dəyərlərinininkişafına əhəmiyyətli töhvələr verir. Məsələ Fransanın Afrikadakıkeçmiş müstəmləkələri ilə olan münasibətlərinə gələndə, mənzərəəhəmiyyətli dərəcədə qəlizləşir.
Fransa Afrika dövlətləri ilə münasibətlərini belə deyək “sıfırməbləğli oyun” çərçivəsində qurur, yəni ilk növbədə Fransa özxeyrini güdür”, -deyə Sambo bildirib.
Malavidən olan ekspert qeyd edir ki, buna rəğmən fransızşirkətləri ölkənin mineral resurslarını sömürməyə davam edir vəAfrika dövlətlərini iqtisadi asılılıq vəziyyətində saxlayır.
“Nəticədə, bu kimi praktikalar yoxsulluğun daha dadərinləşməsinə yol açıb ki, bu da həm elita həm də sıravivətəndaşlar arasında sosial narazılığı artırmış olub. Bu siyasiqeyri-sabitlik üçün, həmçinin bir sıra Afrika ölkələrində hərbirejimlərin yüksəlişi üçün zəmin yaradıb. Fransanın bu ölkələrdəkitəsiri çox vaxt basqı kimi qəbul olunur, psixoloji iradəsizliyəsəbəb olur və mənfi asılılıqları möhkəmləndirir”, – deyə Gift Sambovurğulayıb.
O qeyd edib ki, Fransa ordusu hələ də keçmiş müstəmləkələrinərazisində qalmaqda davam edir və bunu terrorizmlə mübarizə adıaltında həyata keçirir ki, bu da həmin ölkələrin suverenliyini vəmüstəqilliyini sarsıdır.
“Bu ölkələrin əhaliləri mövcud siyasi sistemlərin müstəmləkəçikeçmişin güclü təsiri altında qaldığını çox yaxşı bilir. Belə birvəziyyət ona gətirib ki, Afrikanın siyasi elitaları əməkdaşlıq üçünyeni iqtisadi və siyasi blokların axtarışına çıxıb və fransızmanipulyasiyalarına kontr-balans olaraq başqa beynəxlalqtərəfdaşlara yaxınlaşmağa can atır”, -deyə ekspert bildirib.
Sambonun fikrincə, Fransa Afrika ölkələrinə olan yanaşmasınıtəkrar nəzərdən keçirməlidir.
“İlk növbədə Paris müstəmləkəçi-nəzarət siyasətindən uzaqlaşıb,Afrika ölkələrini inkişaf prosesinin bərabər iştirakçıları kimiqəbul edəcəyi bir tərəfdaşlığa və əməkdaşlığa keçməlidir. Bunainkişaf siyasətində keçmiş müstəmləkələrə daha geniş muxtariyyətinverilməsi ilə nail olmaq olar. İkinci vacib istiqamət – Fransanınbu ölkələrdəki hərbi iştirakının tədricən minimum səviyyəyəçatdırılması olmalıdır. Belə bir addım qarşılıqlı etibara vəFransanın keçmiş müstəmləkələri ilə yeni, daha bərabərhüquqlumünasibətlər qurmasına yol aça bilər”, - deyə ekspert fikriniyekunlaşdırıb.