2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.
Pyblika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir:
Təşkilat Komitəsinin sədri
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini;
Təşkilat Komitəsi sədrinin müavini;
Azərbaycan Respublikasının gənclər və idman naziri.
Təşkilat Komitəsinin üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini;
Azərbaycan Respublikası maliyyə nazirinin müavini;
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini;
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru;
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini;
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini;