AZ

Stokholmdakı Rusiya səfirliyinə hücum edilib

 

İsveçin paytaxtı Stokholm şəhərində Rusiyanın səfirliyinə avtomobillə hücum edilib. 

Stokholm Polis İdarəsinin verdiyi açıqlamada 45 yaşlı hücumçunun Rusiya səfirlik binasının dəmir qapısına avtomobili ilə çırpılaraq içəri girməyə cəhd etdiyi bildirilib. Açıqlamada həmin şəxsin zərərsizləşdirildiyi və hücumun məqsədinin araşdırıldığı qeyd edilib. 

Rusiyanın Stokholmdakı səfirliyinin yaydığı yazılı açıqlamada isə, “İsveçdə yaşayan bir Ukrayna vətəndaşı yanvarın 28-də səhər saatlarında Rusiya səfirliyinin qapısını avtomobili ilə keçməyə cəhd edib” ifadələrinə yer verilib.



Seçilən
8
1
trt.net.tr

2Mənbələr