AZ

Məşhur "Mona Liza"nın xüsusi otağı olacaq

İtaliya intibah rəssamı Leonardo da Vinçiyə məxsus məşhur “Mona Liza” ("La Gioconda") tablosu Luvr muzeyinin ayrıca girişi olan xüsusi salonuna köçürüləcək. 

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron muzeyin bərpası planlarına dair iclasda deyib. 

O bildirib ki, "Mona Liza" Luvr sərgisinin qalan hissəsindən asılı olmayaraq, ayrıca girişi olan xüsusi otaqda nümayiş etdiriləcək. Fransanın mədəniyyət naziri Rəşidə Dati isə bu yaxınlarda Avropa İttifaqından kənar ölkələrdən gələn ziyarətçilər üçün Parisdəki Luvr muzeyinə bilet qiymətlərinin 2026-cı il yanvarın 1-dən arta biləcəyini açıqlayıb.

Məlumat üçün deyək ki, "Mona Liza", dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəri, həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilib, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşüb. 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatıb. 

Zərintac Mayisqızı Missiya.Az 

Seçilən
4
3
missiya.az

4Mənbələr