Ağ Evin yüksək rütbəli məmurları İsrail rəsmilərinə prezident Trampın hazırda Suriyada olan minlərlə Amerika hərbçisinin çıxarılmasında maraqlı olduğunu çatdırıblar. Bu barədə İsrailin “Kan 11” telekanalı məlumat yayıb.
Amerika qoşunlarının çıxarılması İsraildə böyük qorxu və təşviş yaradır. Bu addımın “Türkiyə prezidenti Ərdoğanın hüquqlarının pozulmasından qorxan Suriyanın kürd azlığına da təsir edəcəyi” gözlənilir. Bundan əlavə, yəhudi dövlətinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar var.
Bu xəbərlər əsnasında müdafiə naziri Katz Hermon dağını ziyarət edərək, "İsrail sakinlərinin təhlükəsizliyini təmin etmək üçün Tsaxal qeyri-müəyyən müddətə Hermon dağında və təhlükəsizlik zonasında qalacaq" deyib və əlavə edib ki, "düşmən qüvvələrin Cənubda" təhlükəsizlik zonasında yerləşməsinə icazə verməyəcəyik".
Ülviyyə, Hurriyyet.az