AZ

Putinə sui-qəsd nüvə müharibəsidir - Volodin

Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlığı və onun müzakirəsi cinayətdir və qlobal təhlükəsizliyə ciddi təhdiddir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bu, nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur. Bu, bütün beynəlxalq qurumlar üçün əsas araşdırma olmalıdır. Hamı başa düşməlidir ki, Rusiyaya qarşı amansız mübarizə aparırlar. Üzləşdiyimiz çağırışların və təhdidlərin miqyasını anlayın. Bu, məsuliyyət hiss etmək deməkdir”, - Volodin bildirib.

Qeyd edək ki, amerikalı aparıcı Taker Karlson Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırladığı ilə bağlı açıqlama vermişdi.

Seçilən
12
23
axar.az

10Mənbələr