AZ

BMT ABŞ-ın Paris İqlim Sazişindən çıxmasını təsdiqləyib

Bakı, 29 yanvar, AZƏRTAC

BMT ABŞ-ın Paris İqlim Sazişindən çıxması ilə bağlı rəsmi bildirişini təsdiqləyib.

AZƏRTAC Prensa Latina agentliyinə istinadla xəbər verir ki, bununla bağlı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında deyib. O bildirib ki, ABŞ bu il yanvarın 27-də Paris Sazişindən çıxması barədə Antoniu Quttereşi xəbərdar edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəlcə 2019-cu ildə ABŞ-ı iqlim sazişindən çıxarıb. Daha sonra keçmiş prezident Co Bayden vəzifədə olduğu ilk gündən razılaşmaya yenidən qoşulub. ABŞ tərəfindən ilk müqavilə 2016-cı il aprelin 22-də imzalanıb.

Seçilən
0
azertag.az

1Mənbələr