AZ

Kinşasada etirazçılar Fransa və Belçika səfirliklərini yandırıb (VİDEO)

Bakı. Trend:

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada kütləvietiraz aksiyaları davam edir.

Trend xəbər verirki, etirazçılar bu dəfə Fransa və Belçika səfirliklərinə hücumedərək, diplomatik missiyaların binalarını yandırıb. ABŞ səfirliyiqarşısında isə təkərlərə od vurublar.

Etirazçılar bir gün əvvəl də Fransa, Ruanda, Belçika və ABŞsəfirliklərinə hücum etmişdilər. Nümayişçilər Fransa prezidentiEmmanuel Makronun Ruanda prezidenti Pol Kaqemə dəstək göstərməsinipisləyir və beynəlxalq koalisiyanın ölkənin şərqində hərcmərclikedən “M23” üsyançılarına qarşı hərbi müdaxiləsini tələb edir.

Etiraz aksiyaları ölkənin şərqində vəziyyətin gərginləşməsifonunda baş verir. “M23” qruplaşmasından olan üsyançılarildırımsürətli hücum nəticəsində Qoma şəhərini ələ keçiriblər.

Yaranmış gərginliklə əlaqədar Kinşasanın bəzi rayonlarında“həyat dayanıb”, məktəblərin və dükanların bağlandığıbildirilir.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı gərginliyinepisentri olan Qomada baş verən silahlı toqquşmalarda yüzlərləinsanın yaralandığını, küçələrdə çoxlu insan meyitlərinə rastgəlindiyini, cinsi zorakılıq hallarında kəskin artımın müşahidəolunduğunu bildirib. Bölgədən yerli sakinlərin kütləvi axınıbaşlayıb.

Qeyd edək ki, “M23” üsyançıları ilə Konqo ordusu arasında gedəndöyüşlərdə azı 17 beynəlxalq sülhməramlı həlak olub.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr