AZ

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda "yaşıl" iqtisadiyyata qoyduğu investisiyaların həcmini açıqlayıb

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildəAzərbaycanda olan səkkiz layihəyə 196 milyon avro investisiyaqoyub.

Trend xəbərverir ki, ayrılmış vəsaitlərin böyük hissəsi özəl sektora və“yaşıl” iqtisadiyyatla bağlı təşəbbüslərə yönəldilib.

AYİB iri günəş elektrik stansiyalarının birgəmaliyyələşdirilməsində iştirak etməklə Bakıda keçirilən COP29-dahəlledici rol oynayıb. Nəticədə, Azərbaycanda maliyyələşənbərpaolunan enerji mənbələrinin ümumi gücü 1,2 qiqavatı ötüb. Bankeyni zamanda bərpa oluna bilən enerji mənbələri üzrə ölkədəkeçirilən ilk hərraca dəstək olub ki, bu da Qaradağ rayonunda 100meqavat gücündə günəş elektrik stansiyalarının inşasına yolaçıb.

Bundan başqa, AYİB nəqliyyat infrastrukturuna sərmaye qoyaraq,Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) 38.7 milyon avrohəcmində kredit ayırıb. Həmçinin sözügedən bank ticarət sektorunada dəstək verərək, Azərbaycan Beynəlxalq Bankı üçün 46,7 milyonavro dəyərində ticarətin maliyyələşdirilməsi proqramını təsdiqləyibki, bu da yerli biznesin qlobal bazarlara inteqrasiyasını təşviqedir.

Kiçik və orta sahibkarlıq da AYİB-in dəstəyindən faydalanıb.Bank “AccessBank” və “Bank Respublika”a kreditlər ayırıb, eynizamanda “AccessBank”la 15 milyon avroluq müqavilə bağlayaraqAzərbaycanda risklərin bölüşdürülməsi mexanizmini bərpa edib.

“2024-cü il Azərbaycanda bizim üçün uğurlu il olub” ,- deyəAYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidzebildirib.

“Biz bərpaoluna bilən enerjidən tutmuş nəqliyyat və kiçik vəorta biznesə dəstəyə kimi əsas sahələrə investisiyalar həyatakeçirmişik”,- deyə o əlavə edib

Qeyd edək ki, AYİB Azərbaycanın ən iri institusionalinvestorudur və indiyədək 195 layihəyə 4 milyard avrodan çoxyatırım qoyub və bununla iqtisadiyyatın şaxələndirilməsinə və özəlsektorun inkişafına dəstək olub.

Seçilən
2
az.trend.az

1Mənbələr