AZ

Arabica qəhvəsinin qiyməti yeni tarixi maksimuma çatıb

Arabica qəhvəsinin birja qiyməti yeni tarixi maksimuma çatıb.

Marja xəbər verir ki, qiymət bir ton üçün 7,9 min dolları ötüb. 

İlin əvvəlindən Arabica qəhvəsi 10%-dan çox bahalaşıb.  Noyabrda isə qiymət 30% artaraq həmin ayda ton üçün 7 min dollar həddini keçmişdi. Ümumilikdə, 2024-cü ildə qəhvənin qiyməti 1,7 dəfə artıb.

Robusta qəhvəsinin qiyməti də rekord səviyyədədir: Bu məhsul 1,56% də bahalaşaraq tonu 5,5 min dollara yüksəlib.

Seçilən
9
marja.az

1Mənbələr