AZ

Avropa diplomatiyasının rəhbəri ilə ABŞ dövlət katibi Rusiyaya maksimum təzyiqin artırılmasını müzakirə edib

Avropa İttifaqını (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, diplomatlar Ukraynada sülhə nail olmaq üçün Rusiyaya maksimum təzyiqin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Qeyd olunub ki, bundan əlavə Kallas və Rubio Avropa İttifaqı ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi, ümumi xarici siyasət prioritetləri və Çindən irəli gələn problemləri də müzakirə ediblər. 

Daşqın Həsənov

Missiya.Az

Seçilən
6
5
missiya.az

10Mənbələr