AZ

Müşahidəçi: Yaşlı nəslin nümayəndələri səsvermədə həvəslə iştirak edirlər

Bakı, 29 yanvar, AZƏRTAC

Seçicilər, əsasən də yaşlı nəslin nümayəndələri həvəslə səsvermədə iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsinin seçki prosesini izləyən müşahidəçi Fidan Əhmədova söyləyib.

Müşahidəçi seçici fəallığının əsasən axşam saatlarında gözləniləcəyini diqqətə çatdırıb.

Seçkilərə öz təşəbbüsü ilə müşahidəçi olaraq qoşulan F.Əhmədova səsvermə prosesinin şəffaf şəkildə keçdiyini vurğulayıb.

Seçilən
19
50
azertag.az

10Mənbələr