AZ

Bitcoin Avropada ilk dəfə Mərkəzi Bankın ehtiyatlarına daxil ediləcək

Çex Mərkəzi Bankının rəhbəri Mişl, ehtiyatlarına Bitcoin əlavə etməyi planlaşdırdıqlarını açıqladı. Bitcoin ilk dəfə Avropada mərkəzi bankın ehtiyatlarına daxil ola bilər. Mişl avroya keçidin tərəfdarı olmadığını da bildirib.

Çexiya Milli Bankının (CNB) sədri Ales Mişl Financial Times qəzetinə verdiyi müsahibədə Bitcoin-ə investisiya planını mərkəzi bankın idarə heyətinə təqdim edəcəyini açıqlayıb.

Təklif təsdiqlənərsə, bankın 140 milyard avroluq ehtiyatının 5 faizinə qədəri Bitcoin-də saxlanıla bilər.

Mişl həmçinin, bankın gələn həftə faiz dərəcələrini 25 baza bəndi azaldacağının "çox güman" olduğunu, eyni zamanda Bitcoin-in "həddindən artıq" dəyişkənliyini qəbul etdiyini və BlackRock kimi böyük maliyyə qurumlarının Bitcoin mübadiləsi fondlarını (ETF) işə saldığını xatırladıb.

Alternativ investisiya

ABŞ Prezidenti Donald Trampın kriptovalyuta sektoruna müsbət yanaşması və kriptovalyuta sərmayəçilərinin təsirinin vacibliyi vurğulanan çıxışında CNB sədri əlavə edib ki, Bitcoin alternativ sərmayə olduğu üçün Trampın dəstəyi olmadan da yüksəliş trendində olacaq.

CNB-nin ehtiyatlarının 22 faizi səhmlərdə saxlansa da, Mişl yaxın üç ildə bu nisbəti 50 faizə çatdırmağı, ABŞ səhmlərinin payını 30 faizdən 50 faizə yüksəltməyi hədəfləyir.

Seçilən
6
2
kommersant.az

3Mənbələr