AZ

Şimal zonasında səsvermə seçici fəallığı şəraitində davam edir

Şimal zonasında bələdiyyə seçkiləri üzrə səsvermə prosesi seçici fəallığı şəraitində keçir.

“Report”un Şimal bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələrində qeydiyyatda olan ümumilikdə 346 min seçici 429 məntəqədə səs verir.

Bildirilib ki, onlardan 351 nəfəri ilk dəfə səs verəcək.

Məlumata əsasən, ümumilikdə 54 bələdiyyə üzrə 1312 namizəd mübarizə aparır.

Zonanın ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 104 yaşlı Meynas Maqsudovadır.

55 saylı Siyəzən-Quba-Xızı Seçki dairəsi üzrə 73 məntəqədə 50 min 743 seçici qeydiyyatdadır. Onlardan 112 nəfəri səsvermə hüququndan ilk dəfə istifadə edəcək.

56 saylı Şabran-Xaçmaz Seçki dairəsi üzrə 65 məntəqədə 45 min 685 seçici qeydə alınıb və onlardan 65 nəfəri ilk dəfə səs verəcək.

57 saylı Xaçmaz şəhər Seçki dairəsində isə 46 məntəqədə 45 min 942 seçici qeydiyyatdadır. Onlardan 71 nəfəri ilk dəfə səs verəcək.

58 saylı Xaçmaz kənd Seçki dairəsində isə 51 məntəqədə 49 min 850 seçici səs verəcək. Bu dairədə üzrə 2 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

59 saylı Quba Seçki dairəsində 68 məntəqədə 49 min 795 seçici iştirak edəcək və onlardan 21 nəfəri ilk dəfə səs verəcək.

60 saylı Quba-Qusar Seçki dairəsində 61 məntəqədə 51 min 473, seçici iştirak edəcək. Onlardan 32 nəfəri ilk dəfə səs verəcək.

61 saylı Qusar Seçki dairəsində isə 65 məntəqədə 52 min 703 seçici qeydiyyatdadır. Bu dairədə 48 nəfər ilk dəfə səs verəcək.

Qeyd olunan seçki dairələrinin hər biri üzrə seçici fəallığı müşahidə olunur.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçilən
20
49
report.az

10Mənbələr