AZ

Paşinyan parlamentin müdafiə və təhlükəsizlik komissiyası sədrinin istefası məsələsini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 29-da Sevan gölü sahilindəki malikanədə "Mülki müqavilə" partiyasının bir neçə nümayəndəsi ilə parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryanın mümkün istefası məsələsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, müzakirə zamanı Koçaryanın təkcə deputat mandatından məhrum edilməsi deyil, həm də partiyadan xaric edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Seçilən
0
report.az

1Mənbələr