Səsvermə şəffaf qaydada davam edir, seçicilər istədikləri namizədlərə səs verirlər.
Bunu “Report”un yerli bürosuna açıqlamasında 45 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri Kəmalə Hüseynova deyib.
Onun sözlərinə görə, səsvermə prosesi normal məcrada davam edir:
“Məntəqədə 1161 seçici qeydiyyatdadır, onlardan 3 nəfər ilk dəfə səs verəcək.
Səsvermə prosesi normal məcrada keçir, səsvermə şəffaf qaydada davam edir. Seçicilər istədikləri namizədlərə səs verirlər”.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.