AZ

Müşahidəçi: Əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu il daha çox aktivlik var

Bakı, 29 yanvar, AZƏRTAC

"Səsvermə aktiv şəkildə davam edir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsində müşahidəçi qismindən iştirak edən Azər Məmmədov deyib.

O, seçki prosesinin tam şəffaf şəkildə keçirildiyini bildirib: "İndiyədək heç bir qayda pozuntusuna rast gəlməmişik. Səsvermə hüququna malik olan şəxslər öz seçki hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Böyük ruh yüksəkliyi var. Bütün seçkilər kimi, bələdiyyə seçkiləri də xalqımız üçün önəmlidir".

A.Məmmədov əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu il daha çox aktivliyin müşahidə olunduğunu vurğulayıb.

Seçilən
28
50
azertag.az

10Mənbələr