AZ

Cavad Zərifin vəzifəsindən azad edilməsi ilə bağlı "Ədalət Məhkəməsi"nə şikayət edilib

İran parlamentinin "90-cı Maddə Komissiyası" İran Prezidenti Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifin vəzifəsindən azad edilməsi ilə bağlı "Ədalət Məhkəməsi"nə şikayət edib.

Bununla bağlı "90-cı Maddə Komissiyası"nın başçısı Nəsrullah Pejmanfər özünün X hesabında yazıb.

"Məhəmməd Cavad Zərifin qeyri-qanuni olaraq vəzifəyə təyin edilməsi ilə bağlı İnzibati Ədliyyə Məhkəməsinə rəsmi şikayət göndərmişəm. Bu məktubda açıq şəkildə bildirdik ki, bu təyinat qanuna ziddir və ləğv edilməlidir. 90-cı Maddə Komissiyası bu məsələni mütləq araşdıracaq",- o, bildirib.

Qeyd edək ki, şikayət, mühafizəkar siyasi cərəyanın Pezeşkian komandasına və onun müavinlərinə hücumları fonunda baş verir.

Onlar, Məhəmməd Cavad Zərifin iki övladının Amerika vətəndaşlığı aldıqları üçün onun ölkədə həssas vəzifədə çalışmasının qanuna zidd olduğunu bildirirlər.

Eyni ittihamları Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arifə qarşı da səsləndirir və onların vəzifələrindən uzaqlaşdırılmaları tələb edilir.

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr