AZ

İranla Tacikistan arasında vizasız rejim qüvvəyə minir

Düşənbə.Trend:

İran və Tacikistanın ümumvətəndaş (xarici) pasportlarınındaşıyıcıları bu ölkələr arasında viza tələbi olmadan havanəqliyyatı ilə səyahət edə biləcək.

Trend bubarədə İranın Tacikistandakı səfirliyinə istinadən məlumatyayıb.

Məlumata görə, qərar İranın Nazirlər Kabineti tərəfindən qəbulolunub.

Qeyd edilir ki, vizasız rejim 3 fevral 2025-ci il tarixindənqüvvəyə minir. Bu dəyişiklik vətəndaşların 30 gün ərzində ölkəərazisində qalmalarına icazə verəcək.

Xatırladaq ki, 10 avqust 2024-cü ildən etibarən Tacikistan vəİran arasında Düşənbə–Tehran və Tehran–Düşənbə hava marşrutu üzrəsəyahət edən vətəndaşlar üçün viza rejimi ləğv edilib. Bu qərarınəsasında iki ölkə hökumətləri arasında ümumvətəndaş pasportsahibləri üçün vizanın ləğvinə dair Anlaşma Memorandumununimzalanması dayanır.

Seçilən
16
az.trend.az

1Mənbələr