Azad Vətən Partiyasının sədri Akif Nağı bələdiyyə seçkilərində səs verib.
"Cebheinfo.az" xəbər verir ki, siyasətçi Nizami rayonu, 24 saylı seçki dairəsinin 24 saylı məntəqəsində səs verib.
O, mətbuat üçün açıqlamasında bildirib ki, həmin məntəqədə səliqə-sahmanın, seçici fəallığının, komissiya sədri və üzvlərinin vəzifələrinə məsuliyyətlə yanaşdıqlarının, habelə müşahidəçilərin çoxluğunun şahidi olub:
"İnanırıq ki, bu seçkilər dövlətin, millətin tarixində mühüm mərhələ olacaq".
"Cebheinfo.az"