AZ

Dövlət Komitəsinin sədri: Bələdiyyələr vətəndaşların ilkin problemlərini həll etməlidir

Bələdiyyələr vətəndaşların yaşadığı ərazidə mümkün çərçivədə onların problemlərini həll etməyə fokuslanmalıdır.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bələdiyyələrin idarəetmədə rolu böyükdür:

"Bələdiyyə seçkiləri ilk səviyyəli seçkilərdir və bilavasitə vətəndaşlarla daim ünsiyyətdə olmaqları tələb olunur. Vətəndaşların yaşadığı məkanda problemlərin həll olunması önəmli məqamdır. Buna görə də bələdiyyələrin idarəetmədə rolu böyükdür. Nəzərə alsaq ki, Azərbaycan yeni dönəmə qədəm qoyub və bu dönəmdə çeviklik, vətəndaş məmnuniyyəti ön plandadır. Çox istərdim ki, siyasi mənsubiyyətindən asılı olmayaraq seçilən insanlar bu prinsipləri rəhbər tutsunlar. Onlar vətəndaşlarla imkanlar çərçivəsində işləməlidirlər. Bu imkanlar da mövcuddur, sadəcə onları səfərbər etmək lazımdır".

B.Muradova qeyd edib ki, hazırda seçki prosesi çox rahat şəkildə davam edir:

"Bir il ərzində üç səviyyədə seçkilərin keçirilməsi böyük səy və zəhmət tələb edir. Həm seçki qurumları, həm də namizədliyini irəli sürən vətəndaşlar qanunun müəyyən etdiyi hüquqlardan azad və rahat şəkildə istifadə edirlər. Seçkilərin yüksək səviyyədə təşkilindən anlamaq mümkün olur ki, hansısa neqativ hal baş verməyib, olma ehtimalı da azdır".

Seçilən
8
report.az

1Mənbələr