AZ

Məntəqə sədri: Gənc seçicilər daha fəaldır

Bakı, 29 yanvar, AZƏRTAC

“Bakıda 35 saylı Xətai üçüncü seçki dairəsinin 32 saylı məntəqəsində 934 nəfər seçici qeydiyyatdadır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 35 saylı Xətai üçüncü seçki dairəsinin 32 saylı məntəqəsinin sədri Aidə İsmayılova deyib.

O qeyd edib ki, məntəqədə qeydiyyatda olan ən yaşlı seçici 72 yaşındadır: “Gənc seçicilərin fəallığı nisbətən daha çoxdur. Səsvermə prosesində indiyə qədər hər hansı bir qanun pozuntusu qeydə alınmayıb”.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Seçilən
9
45
azertag.az

10Mənbələr