AZ

3 ayda 450 milyon manat azalma

Son üç ayda “PAŞA Bank”ın  depozit portfeli 450 milyon manatdan çox azalıb.  

“Yeni Sabah” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Belə ki, bu ilin yanvarın ayının 1-nə bankın cəmi depozit portfeli 6 milyard 410,1 milyon manata bərabər olub. Ötən ilin III rübünün sonuna isə bu rəqəm 6 milyard 860,2 milyon manat təşkil edib. Başqa sözlə, son rübdə bankın əmanət portfeli 6,5% azalıb. 

Ən böyük azalma işə hüquqi şəxslərin əmanət portfelində müşahidə edilib. Belə ki, şirkətlər 3 ayda bankdan 422,9 milyon manat vəsaiti bankdan geri çəkiblər. Nəticədə hüquqi şəxslərin əmanət portfelinin həcmi 4 milyard 944,4 milyon manatdan 4 milyard 521,6 milyon manata enib. 

Əhali isə bankdan son rübdə 27,3 milyon manat depozitini geri çəkib. Bu isə “PAŞA Bank”ın fiziki şəxslər üzrə əmanət portfelinin 1 milyard 916 milyon manatdan 1 milyard 888 milyon manata enməsinə səbəb olub. 

Ümumilikdə isə III rüblə müqayisədə 2024-cü ilin sonunda bankın cəmi öhdəlikləri 5,5% və ya 423,76 milyon manat azalaraq 7 milyard 313,3 milyon manata enib.


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr