“Bavariya”nın sabiq futbolçusu Roke Santa Kruz dünya rekorduna imza atıb.
İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.
43 yaşlı paraqvaylı hücumçu ardıcıl 28-ci təqvim ilində qol sevinci yaşayıb. Hazırda vətənində “Libertad”ın formasını geyinən forvard 2025-ci ildəki ilk qolu ilə seriyasını 28-ə çatdırıb. O, 1998-ci ildən başlayaraq hər il rəqib qapısına yol tapmağı bacarıb.
Düzdür, almaniyalı Ervin Helmçen də ardıcıl 28 il qol vurub. Amma 1923-50-ci illərdə dayanmayan bombardir Almaniya çempionatlarının çoxmərhəələli, fərqli sistemli yarışlarında fərqlənib. Bu üzdən onun yüksək səviyyəli turnirlərdə qol yaşadığı qəbul olunmur.
Qeyd edək ki, İFFHS-in siyahısında ən azı 24 il ərzində qol vuranlar yer alıb. Kriştiano Ronaldo da son 24 ildə fərqlənib. O, Rokedən 4 il geri qalır.
İdman.biz