““Apple” “SpaceX”lə əməkdaşlıq etməyə başladı” – KİV
““Apple” “iPhone” istifadəçilərinə “Starlink” dəstəyini əlavə etmək üçün gizli şəkildə “SpaceX” və “T-Mobile” ilə əməkdaşlığa başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” və “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, yanvarın 27-də bəzi “iPhone”larda səssizcə “Starlink” dəstəyi üçün beta test xüsusiyyəti ilə bir proqram yeniləməsi buraxılıb. Hazırda beta test proqramına yalnız az sayda “iPhone” qoşulub.
"Siz “T-Mobile Starlink” beta-dasınız. İndi siz dünyanın demək olar ki, hər yerindən peyk mətn mesajları vasitəsilə əlaqə saxlaya bilərsiniz. Onu istifadə etməyə başlamaq üçün iOS 18.3-ə yeniləyin”, - telefonlara bildiriş gəlib.
İzah edilib ki, yenilənmə belə işləyəcək: “iPhone” mobil əhatə dairəsi olmayan bir ərazidə olduqda, “SpaceX” peyklərinə qoşulmağa çalışacaq. Hələlik peyk rabitəsindən istifadə etməklə yalnız mətn mesajları göndərilə bilər. Bununla belə, mobil şəbəkənin mövcud olduğu yerlərdə peyk rabitəsindən istifadə etmək olmaz.